Şakir Xanhüseyn - BİR ƏLİMDƏN TUTUB...

Ədəbiyyat 14:58 / 07.04.2026 Baxış sayı: 71

 

əlimə dəysəydi bir dəfə əlim,

özüm öz əlimi öpsəydim bir yol...

üzümü çevirib taleyə sarı

məni gördüyüyçün deyərdim sağ ol...

bir əlimdən tutub o biri əlim

məni bəzən çəkər tələyə sarı...

əlimə dəysəydi əlin bir dəfə,

üzümü görsəydin gəlib bir dəfə.

dönüb haqq yoluna bütün yollardan

açardın özünə bir ağ səhifə...

bir əl də uzanmır darlıq çəkənə,

qaldıra bilmirəm başımı dardan...

bir ipin ucunu tapammır əlim,

ürəyim uçunur bir sözə doğru.

yoluna et davam mən

bitən yerdən,

bütün doğruçular yalan yoğurur.

cəhalət bürüyür dörd bir yanımı,

səfalət basacaq dünyanı birdən...

POFU - добр