Nuranə Təbriz -  ANA

Ədəbiyyat 13:09 / 07.04.2026 Baxış sayı: 146

Çox da gözlərinə şən görünürəm,

Təpədən dırnağa azaram, ana.

Sürünə -sürünə yaşamaq olmur,

Qədərdən , qismətdən bezaram, ana.

 

Ruhumun ağrısı keçib getmədi,

Dərdi gizləməyə gücüm yetmədi,

Daşıdım- daşıdım, zülüm bitmədi,

Neyləyim başımı yozaram, ana.

 

Həyatda heç nəyi tam yaşamadım,

Almadım dünyadan kam, yaşamadım.

Nuranə, yaxşı ki, xam yaşamadım,

Mən öz taleyimi yazaram, ana