Şakir Xanhüseyn : - Antenim yaxşı tutmurmuş

***
Antenim
yaxşı tutmurmuş kimi
bəzi fikir dalğalarını
qarışır bir-birinə,
qıjıldayır beynimdə olaylar...
Bu yollar
hər addımıma
dar gələcək qədər genişdi, gendi;
bəzən də darlıqlar genişlikdəndi...
Uzaqları sevməyə başlamışam
yaxınların içində,
Çoxluğa ulayan
Yalquzaqları sevməyə başlamışam...
Ayağımı çəkə-çəkə gedirəm,
Olur, güclə nəfəs
alırmıştək, hə...
Axı, sərinliyin nəyimə gərək ,
Üstümə işığı
düşməyən kölgə?!.