Şahnaz Şahin - BU GECƏINİN ŞEİRİ

Ədəbiyyat 19:21 / 09.11.2026 Baxış sayı: 181

 

Səni sevmək...

payızı sevməkdi,

Taledən qovulub

sərgərdan gəzməkdi...

Dirigözlü ölmək,

o dünyanı görüb gəlməkdi...

Əllərində qandal daşımaq,

bir işi yüz dəfə yenidən başlamaqdı...

Dar ağacının altinda

canını zikr edib...

Hər gecə ayrılıqdan asılmaqdı...

Güzgülərdən boylanan tənhalığa

üşümək,

otaq küncündəki yalqızlığa

alışmaqdı....

Dinindən dönmək...dinə gəlmək..

Üzü qibləyə dayanıb AĞRI qılmaqdı...

Səni sevmək...!