Sabir Zəkullaoğlu : -  Bir kamaz yükü hiss...

YAZARLAR 08:40 / 13.10.2024 Baxış sayı: 2196

 

Bəzən elə təkrarsız mənzərələr olur ki, onun şəklini çəkəndə fotoaparatın həqiqəti əks etdirməyə gücü çatmır. Adekvat olmur.

Belə olan halda o mənzərənin təkəmül və gözəlliyini pozmamaq üçün, istəyimdən vaz keçirəm.

Günaha batmaq istəmirəm. Düşünürəm gözəlliyə xələl gətirməklə günah etmiş olaram.

Bu haqda əvvəllər daha geniş şəkildə yazmışam.

Söz də belədir..

Bəzən adam içindəki duyğuları sözə çevirə bilmir.

İçimdə bir kamaz yükü hiss var, duyğu var, emosiya var..

Təəssüflər olsun ki, onları sözə çevirə bilmirəm..

Bir iki dəfə yoxlamışam. Görürəm ki, alınmır.

Demək istədiyimi heç vaxt deyə bilməmişəm.

Ümumiyyətlə sözlə işləmək çox çətindir.

Bu baxımdan rəssamların işi daha asandır.

Duyğuları, ldeya və fantaziyaları rənglərin diliylə söyləməyə nə var ki..

Məsələn, sevgi haqda min illərdir klassiklərimiz yazır, hələ də bir yerə gətirib çıxara bilməyiblər..

Ancaq rəssamlar bir tabloda bir həyat hekayəsini, rənglərin gücüylə verə bilirlər..

Götürək elə "Mono Lizan"ı.

Yeri gəlmişkən, əsərin gözəl olmağı şərt deyil. Şərt gözəl təqdimatdır.

Mono Lizanın təqdimatı özündən böyükdür.

Bəzən ətrafımızda o qədər dəyərli insanlar olur ki, biz onların qiymətini bilə bilmirik.

Ancaq zamanla, lap elə ilk fürsətdə, gec tez, hər kəs öz kimliyini ortaya qoyur..

Bunu üçün sadəcə müəyyən məqam yetişməlidir.

Haqqında söhbət açmaq istədiyim adam Dadaş müəllimdir.

Dadaş müəllimi 35 ildir ki tanıyıram.

Sən demə tanımamışam. Sadəcə görmüşəm.

Mən Dadaş müəllimi 5, ya 6 ildir ki, tanıyıram.

Adam təpədən dırnağa əqidə daşıyıcısıdır.

Ən etibarlı, ən güvənə adamdır Dadaş müəllim.

Çoxlu pulun varsa, etibar etməyə, saxlamağa güvənli adam axtarlrsansa ver onu Dadaş müəllimə.

Qohum olmaq istəyirsənsə Dadaş müəllimlə qohum ol.

Darda qalmısan? Kömək lazımdır?

Dadaş müəllimə müraciət elə , gecəni yatmayıb, harayına gəlsin.

Dadaş müəllim sən olmayan yerdə sənin şərəfini, ləyaqətini, adını qoruyan adamdır.

Dadaş müəllim dəyərdir!

Dadaş müəllim Azərbaycandır. Türk oğlu Türkdür.

Mən Dadaş müəllimi tanıyandan sonra başa düşdüm ki, dostluq əqidə məsələsidir.

Bu gün bu dəyərli dostumun doğum günüdür. Ona uzun, xoşbəxt və sağlam yaşamağı arzu edirəm.

İstəmirdim geniş bir təbrik yazam.

Çünki, yuxarıda qeyd etdiyim kimi, abyekti olduğu kimi ifadə edib, tamın tamına çatdıra bilmirəm.

Onun möhtəşəmliyini yazıya çevirməyə gücüm çatmır.

Əlimdən gələni elədim