Ruhiyyə Abbaszadə - QALMADI
Ədəbiyyat
13:00 / 27.04.2026
Baxış sayı: 278
Qəmdi ömrümə qatdığı
Ayrılıqdı yaşatdığı.
Fələyin mənə atdığı
Bu dünyada daş qalmadı.
Haydı haqqa oyaqlarım,
Haqq yolunda dayaqlarım.
Güclə gedir ayaqlarım
Boynum üstə baş qalmadı
Köç eylədi ahım dağa,
Qaldım hamıya yanmağa.
Öz dərdimə ağlamağa
Gözlərimdə yaş qalmadı.