Ağaevli Əli Hacı  -Soyuq keçir günlərim.

Ədəbiyyat 10:27 / 27.04.2026 Baxış sayı: 345

Soyuq keçir günlərim.

Keçir,havalar xəstə !

Çəkilmişəm təkliyə,

Ölüb sevgi,həvəs də !

 

Ağacda quş yuvası-

Ən böyük memar işi !

Sinəmdə qış yuvası-

Dost bildiyim yar işi !

 

Yeyirəm bu gedişi,

Acı olur həqiqət !

Üzlər tanış,dəyişkən

Acdan ölür ədalət !

 

Qəm geyinib çıxmışam,

Dünya şərindən uzaq !

Söz dəryamda üzürəm,

Haqqa çıxam üzü ağ !

 

Qəribəlik içində,

Boğuluram İLAHİ !

Ya qəbul et,ya da yox

Sənə sarı bu ahı !