Rəfail Tağızadə - Sizi hər kəs tanıyır

Ədəbiyyat 09:30 / 27.09.2026 Baxış sayı: 521

Sizi hər kəs tanıyır,

Uşaqdan böyüyədək.

O əziz adınızla

Qürurla öyünərək.

 

Sükutun əlvidası,

Siz Zəfərin adısız.

Qalibiyyət marşının

Sevinci, sədasısız.

 

Zirvələrdən zirvəsiz,

Ey ucalan Şəhidlər!

Dalğalanan bayraqla

Bir anılan Şəhidlər!

 

Düşmənə qan udduran,

Qanıyla tarix yazan,

Həm sevilən, anılan,

Ey, qəhrəman Şəhidlər!