Adil Şirin - Gəncliyimiz düşür kəhər atından
* * *
Gəncliyimiz düşür kəhər atından,
Yollar qaçır ayağımız altından.
Ay da baxır göyün yeddi qatından,
Bu həsrətin sonu yoxmu, İlahi.
Ömrümüzdən əsib keçdi bu rüzgar,
Ümidləri kəsib keçdi bu rüzgar .
Niyə məni seçib keçdi bu rüzgar ,
Bu həsrətin sonu yoxmu, İlahi.
Dağlara sığındım, igid dağlara,
Qızıl qayalara, kilid dağlara.
Taleyin işidi günlər ağ, qara,
Bu həsrətin sonu yoxmu, İlahi.