Qriqoryan  Peskovun dediklərini təkzib etdi

DÜNYA 08:54 / 17.05.2024 Baxış sayı: 2177

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun erməni tərəfinin Moskvadan Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərinin mühafizəsini davam etdirməsini xahiş etməsi barədə bəyanatını təkzib edib.

Yenises.az  "Unikal" -a  istinadla  erməni KİV-nə istinadən xəbər verir ki, Qriqoryanın sözlərinə görə, onlar bu barədə Rusiyadan heç bir xahiş etmyiblər:

“Biz Rusiyaya hava limanı, Sisian və Qorisdəki rus bazalarını, eləcə də 17 sərhəd məntəqəsini geri çəkməyi təklif etdik, onlar razılaşdılar və soruşdular ki, biz onların Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərindən də çıxarılmasını istəyirikmi? Dedik ki, bu, müqavilə əsasındadır və biz bunu müzakirə etmirik. Bizim belə bir xahişimiz yox idi, mən sizə baş verənləri danışıram, qalanını ictimaiyyətin mühakiməsinə buraxıram”.