Qazaxda məktəbliləri ildırım vurdu - Ölən var - YENİLƏNİB (FOTO)

MƏMLƏKƏT, Gündəm 09:16 / 23.09.2022 Baxış sayı: 2501

Qazaxda  ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

Yenises.az apa-ya  istinadən bildirir ki,   rayonun Birinci Şıxlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Nuray Osmanova hadisə yerində ölüb. Onun bacısı 4-cü sinif şagirdi Ayan Osmanova və onların qohumu 5-ci sinif şagirdi Əfsanə Məmmədzadə müxtəlif bədən xəsarəti ilə  Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər. Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görülərək evə buraxılıb. Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki hadisə şagirdlər məktəbdən evə qayıdan zaman baş verib.(unikal)