Prezident: "Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, əbədidir"

SİYASƏT 08:45 / 07.12.2022 Baxış sayı: 2215

"Birliyimiz sarsılmazdır, əbədidir".

Yenises.az xəbər verir ki, bu sözləri Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təliminin iştirakçılarına telefon vasitəsilə müraciəti zamanı deyib.

"Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təşkil etdiyi hərbi təlimlərin uğurla başa çatması münasibətilə təbrik edirəm. Bu təlimlərin adı “Qardaş yumruğudur”. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!", - dövlət başçısı qeyd edib.