Payız fəslinin daxil olacağı vaxt açıqlanıb

MƏMLƏKƏT, Gündəm 14:13 / 21.09.2022 Baxış sayı: 317

 

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:03-də daxil olacaq. 

Yenises.az  xəbər verir ki, payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. 

Günəş ekliptika üzrə hərəkət edərək şimal yarım kürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək. Dekabrın 22-i saat 01:48-də qış fəsli payızı əvəz edəcək.