Növbəti köç karvanı Sarıcalıya çatdı 

MƏMLƏKƏT 18:58 / 10.04.2025 Baxış sayı: 1679

Bu  gün Ağdam rayonunun Sarıcalı kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb və açarlar təqdim edilib.

Yenises.az xəbər verir ki, Sarıcalı kəndinə daha 39 ailə (153 nəfər), o cümlədən: Bakı şəhərindən 22 ailə (85 nəfər); Bərdə rayonundan 4 ailə (18 nəfər); Biləsuvar rayonundan 2 ailə (9 nəfər); Ağdam rayonundan 3 ailə (8 nəfər); Ağcabədi rayonundan 2 ailə (8 nəfər); Yevlax şəhərindən 2 ailə (8 nəfər); Abşeron rayonundan 1 ailə (6 nəfər); İmişli rayonundan 1 ailə (6 nəfər); Ucar rayonundan 1 ailə (3 nəfər); Mingəçevir şəhərindən 1 ailə (2 nəfər) yerləşdirilib.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 76-ya (299 nəfər) çatıb.