MEHDİ CALA L - İllərin o başından boylanan şeir
Təzə aşiqlər kimi
susur, - “tutulur” dilim,
- Bəlkə də sevgi budur,
- Sevmişəmmi, nə bilim?!
Səndən gendə,- Mən sənə
hər şeyi danışıram,
Qayğıları "çəkirəm",
işinə “qarışıram”.
Ürək səninlə gedir;
İşə, dükan-bazara.
Hərdən də eymənirəm;
Biz hara, sevgi hara?!
Əl atıram telefona,
nəsə söz tapım, deyim.
Yenə də çəkinirəm;
Qoy biraz da gözləyim!
Neçə ildi dəyişmir
bu rəsmiyyət, bu qayda,
Arzular vağam olur,
gündə, həftədə, ayda...
Telin sığala həsrət,
əllərim əllərinə.
Nə haqla hesab verək
ömrün boş illərinə?!
Mənimtək duyan olmaz
qəlbin intizarını,
Bu fanidə mümkünmü
tapmaq könül yarını?!
Üstümüzə ələnir
tale aldanışları;
Eh!.. mənə ümid olma,
- Sən özün danış, barı!..