Əşrəf Veysəlli - Utana- utana
Hıqqına- hıqqına " şeir " yazdı o,
Utanmaz- utanmaz kitab çıxartdı.
Əlili bol olan bu məmləkətdə
Şikəst uşaqların biri də artdı.
Çölü, biyabanı gəzdim ,dolaşdım,
Baxdım ki,keyxanım keyləşib orda.
Qaynayan qazanın ağzını açdım ,
Gördüm çömçə kimi əyləşib orda.
Ömür kitabım da oxundu,bitdi,
O isə nadanlıq yaşına keçdi.
Dür kimi sözlərdən süfrə düzəltdim,
Tez gəlib süfrənin başına keçdi.
Əzilə- büzülə şişə keçənlər
Yağlı tikə olub ,dişə keçərmiş.
Utana- utana işə keçənlər,
Utanmaz- utanmaz başa keçərmiş.