Əşrəf  Veysəlli - Utana- utana

Ədəbiyyat 11:49 / 06.10.2026 Baxış sayı: 595

 

Hıqqına- hıqqına " şeir " yazdı o,

Utanmaz- utanmaz kitab çıxartdı.

Əlili bol olan bu məmləkətdə

Şikəst uşaqların biri də artdı.

 

Çölü, biyabanı gəzdim ,dolaşdım,

Baxdım ki,keyxanım keyləşib orda.

Qaynayan qazanın ağzını açdım ,

Gördüm çömçə kimi əyləşib orda.

 

Ömür kitabım da oxundu,bitdi,

O isə nadanlıq yaşına keçdi.

Dür kimi sözlərdən süfrə düzəltdim,

Tez gəlib süfrənin başına keçdi.

 

Əzilə- büzülə şişə keçənlər

Yağlı tikə olub ,dişə keçərmiş.

Utana- utana işə keçənlər,

Utanmaz- utanmaz başa keçərmiş.

Əşrəf Veysəlli