Ağaevli Əli Hacı - Haqq gəlib,haqqa gedirəm
Uca,Nəsiminin şərəfinə
Haqq gəlib,haqqa gedirəm
Əlifdən lal,halımdan bəy !
Göstərdim Allah üzünü,
Bələkdə ye,kəfəndə hay !
Mim zəbəri mum eylədim,
Tabımla Adəm eşqinə !
Həvvənıda zat eylədim,
Təkliyimin qəm eşqinə !
Dal eylədim hər istəyi,
Ha yaşadım Musa kimi !
Qaf eyləyib öz dağımı,
Ya asıldım İsa kimi !
Fənimi bir fənd eylədim,
Zəli oldum zalımlara !
Bəni,bəlkənin üzünə
Səbir tutdum zalımlara !
Cəhənnəmi cənnət edib,
Dal qoymadım səyə qala !
A zəbəri özüm bildim,
Ze zəbərə ayə qala !