KƏRAMƏTDƏN  MARAQLI  YOZUM

YAZARLAR 09:31 / 06.12.2023 Baxış sayı: 1266

GÜZGÜYƏ BAXINCA

GÜZGÜ SƏNİ GÖSTƏRMƏZ

...NEcə ki, adamla danışarsan, adam səni anidən anlamaz. Güzgünü də əşya-adam kimi düşün və əslində, "əşya" sandığımız elə adamdı, güzgü nə qədər gəlişmişsə o qədər səni göstərər. Öz əsərin olsa belə...Yəni yazdığımız, yaratdığımız nə qədər bizi yansıdır, ifadə edir, hətta surətçıxarmalar da bizim surətimizi çıxarmır, arada vaxt və surətlə orijinalın arasında vaxt və anlam məsafəsi var.

MƏNƏ ÇATMAQÇIN HƏLƏ ÇOX YOL GƏLMƏLİSƏN, AMMA MƏNİM DÜNYAMA-QATIMA ÇATANDA MƏN BAŞQA DÜNYADA OLACAM.

Bizi əhatə edən nə varsa, bizdən irəli-böyükdür, biz onun içində, tərkib hissəsindən, qum danəsindən biriyik, özümüzü Yer üzünün əşrəfi sayacaq qədər, təbiətə qalib gəlmək fikri qədər sarsaq düşüncə olmaz ki, mütləq çoxluq belədi...

Aynalar bizə gülür və -get, təzədən gəl,-deyib zarafat edir...təzədən gələndə isə nə o ayna həmin aynadı, nə də sən həmin adamsan.