Kəramət : - İNSAN İNSANLIĞINI İTİRƏNDƏ...

YAZARLAR 08:47 / 18.04.2024 Baxış sayı: 950

 

CƏMİYYƏT ÖZÜNÜ BİTİRƏNDƏ

Şəfalar diləyirəm, Allahın verdiyi ömrü sağlam, ruh yüksəkliyilə...

Hamı hamını sevmək zorunda deyil, amma hamı (İNSAN) hamıya (insana) hörmətlə yanaşmaq zorundadı, axı kimsə xəstəlikdən, ölümdən sığortalanmayıb.

Son illər bir müşahidəm məni dəhşətə gətirdi; Azərbaycanda hamı hamının pis gününə sevinir, vampirləşmə gedib, bunun sosioloji-psixoloji, iqtisadi kökləri yox deyil,, ƏDALƏT prinsipiylə birbaşa bağlı olduğunu düşünürəm.

İstər "JEK" rəisi, "Uçaskovı", istərsə də məktəb direktoru, bağça müdiri, nazir, deputat olsun...bax bu ...doğrudan insanlarda birikmiş kinin-nifrətin dərəcəsi, haradan qaynaqlandığı, böyüyüb hamını manyaklaşdırdığı məsələdi.

Təkcə Ç. Abdullayevlə bağlı deyil ki...nə yazır, işində nə qədər məsuliyyətli-ədalətlidi...içtimai rəy...Hər kəsin boyuna biçilmiş ömür var-bu Allahın işidi, amma necə yaşamaq bizim işimizdi...

Hamı elə düşünür ki, onu yanındakılar, xüsusilə, məmurlar, mənsəb sahibləri bədbəxt edir, ümumiyyətlə isə, münasibətlərdə biri-birinə sevgi-şəfqət hissi, anlaq körpüsü aradan götürülüb.

Cəmiyyət görünən və görünməyən nifrət telləriylə biri-birinə "bağlıdı", məni diksindirən, ağrılı suallara sürükləyənsə budur.

Çingiz müəllim də sağalsın gülər üzüylə çıxsın qarşıma və şirin ləhcəsiylə salamlaşsın.

Bir 1 nəfər şəkili ola bilər