Səhər Ətri : - Bir salam göndərəsən...
♡♡♡
Ağrılarım cücərib,
Bəlkə gəlib görəsən?
Ağrılarımdan mənə
Bu yaz çələng hörəsən?
Günüm varmış görəsi,
Dərin nəfəs dərəsi...
Tullayıb bu qərəzi,
Bir təsəlli verəsən...
Var eyləyib varımı,
Sorasan, dərd yarımı?
Qar yağmış saçlarımı
Gün altına sərəsən...
Ömür yarı, gün yarı,
Açıq qoyum yolları.
Özün gəlməsən, barı
Bir salam göndərəsən...
30.04.2024