İmişlidə məktəbliləri cərəyan vurub öldürdü (FOTOLAR)
![](/uploads/img/posts/2024/04/14/171309831117130973714918122980_1200x630jpg-1713107574.jpg)
İmişlidə bədbəxt hadisə baş verib. İki yeniyetmə - -2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu cərəyan vurması nəticəsində ölüb.
Yenises.az xəbər verir ki, hadisə günorta saatlarında İmişli şəhəri 5 saylı orta məktəbin ərazisində qeydə alınıb. Məktəbin həyətində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən onları elektrik cərəyanı vurub.
Faktla bağlı araşdırma aparılır.(unikal)