İdris Babayev : - ƏSƏ MÖHKƏM KÜLƏK...

Ədəbiyyat 09:48 / 12.04.2025 Baxış sayı: 794

 

Elə bir güc verə, mənə Allahım,

Gəzəm odaları, gəzəm damları.

Bir həsir zənbilə yığıb aparam,

Bütün Yer üzündən pis adamları,

 

Beton mismarını yumruğum ilə,

Kaş vuram Günəşin tən ortasından,

Asam o zənbili həmən mismardan,

Yaxşılar qurtula şər-xətasından.

 

Əsə möhkəm külək, onların külün,

Qoymaya bir çimdik tökülə Yerə.

Qayıdıb gələndə görəm, İlahi,

Dönmüşəm mən yerdə müqəddəs pirə.

12.04.24