Zəka Vilayətoğlu - Küçələrə yağan yağış...

Küçələrə yağan yağış
Dönüb oldu sel, sel, sel, sel!
Aldı ətrafı cənginə,
Aciz qaldı el, el, el, el!
Adamlar "çimdi", islandı,
Kiminin də canı yandı,
Bu nə boran, nə tufandı,
At oynatdı yel, yel, yel, yel?!
Hey əsdi elədən belə,
Qıydı hər çiçəyə, gülə,
Ağaclar baş əydi yelə,
Bu nə fəndi-fel, fel, fel, fel?!
Əlindən aldı çətrini
Yaydı hər yana ətrini
Çarəsizcə döndü tini
Bir incə bel, bel, bel, bel, bel!..
16.04.2025