Həftənin  hava proqnozu

MƏMLƏKƏT 14:35 / 07.12.2022 Baxış sayı: 2182

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti Şərq rayonlarında və Bakıda və Abşeron yarımadasında həftə sonunadək davam edəcək.

Yenises.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Qərb rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.