Fərhad Tapdıqoğlu: - Tərəf:

(hekayə)
Şimal- qərb tərəf-də yerləşən istirahət mərkəzlərindən birinə yollandım.
Bu mərkəzin hər tərəf-i gözəl idi.Arxa tərəf-də yaşıl meşə, sağ tərəf-də gözəl şəlalə,ön tərəf-də ürəkaçan panorama,bir tərəf-də axan çayın şırıltısı... adamın ruhu dincəlirdi.
Doğrudur,respublikamızın hər tərəf-i gözəldir..Bu yerlər də gözəl tərəf-lərdən,yerlərdən biridir.
İstirahət mərkəzində Allah tərəf-i danışsaq ,xidmət yüksək səviyyədə idi..
Mən qaldığım otaqdan bir neçə otaq o yana ,bir nəfər öz kiçik yaşlı oğlu ilə istirahət edirdi.
Tanış olduq.Adı Vilayət ,oğlunun adı Əli idi
İstirahət mərkəzində olan güllərin ətri həyətin hər tərəf-inə yayılırdı.
Hər axşam Vilayət müəllimlə söhbət edib," vaxtımızı öldürürdük".Vilayət müəllim rayonların birində yaşayırdı.İxtisasca mühəndis idi.Fermer təsərrüfatı da vardı. Oğlu Əli orta məktəbin ikinci sinfini bitirmişdi.
Vilayət müəllimin oğluna dedim:
-'-Riyaziyyatı necə bilirsən,sual versəm cavablandıra bilərsən?
Atası dilləndi:
-Narahat olma ,suallarını ver.
Mən bir neçə sual verdim:
-Əli,üç tərəf-i bərabər olan üçbucağa necə üçbucaq deyirlər? Yan tərəf-ləri bərabər olan üçbucaq hansı üçbucaqdır? Bərabər tərəf-lər qarşısındakı bucaqlar necə olur? İki tərəf-i paralel və bərabər olan dördbucaqlı necə adlanır? Bəs dörd tərəf-i bərabər olan dördbucaqlı necə?
İki yan tərəf-i paralel olan trapesiya hansı trapesiyadır?
Əli bülbül kimi ötdü:
-Birinci bərabər-tərəf-li üçbucaqdır. İkinci bərabəryanlı üçbucaqdır.Bərabər tərəf-lər qarşısındakı bucaqlar bərabər olur. İki tərəf-i paralel və bərabər olan dördbucaqlı düzbucaqlı adlanır..Dörd tərəf-i və bucaqları bərabər olan dördbucaqlı kvadratdır.İki yan tərəf-i bərabər olan trapesiya bərabəryanlı trapesiyadır..
Mən bir neçə sual verdim.Əli hamısına doğru cavab verdi.
Vilayət müəllim dedi:
--Əli ilə anası ciddi məşğul olur.İstəyir ki,Əli hər-tərəf-li bilikli,savadlı uşaq kimi böyüsün.
Onu qeyd eləyim ki,yoldaşımı qohumların toylarından birində görüb bəyənmişdim.Bir neçə ay onlar biz tərəf-i,yəni oğlan tərəf-i,biz isə onlar tərəf-i ,qız tərəf-i yaxşıca öyrəndik və nəhayət ailə qurduq.Toyumuz" palatka" toyu idi.Toyda mənim bir tərəf-imdə sağdış, digər tərəf-imdə soldış dayanmışdı.Təbii ki- toya qız tərəf-i də dəvətli idi.Gözəl məclis oldu.Qız tərəf,oğlan tərəf anlayışı yaddan çıxmışdı.Hamı bir ıdı.
İndi də birik..
Bir qızım da var ,kiçik yaşlıdır.Demək istəyirəm ki,həyat yoldaşım uşaqlarla özü məşğul olur.
Mən yenidən Əliyə üz tutdum:
- Biz oxuyan vaxtı Lenin baba yolunda" şeirini hamımız əzbər bilirdik:
" Lenin baba sağ olsun,
Dörd tərəf-i bağ olsun"
Daha Lenin babadan dərs keçmirlər.Öz babamız var.
Əli,bir sual da verim:
" O hansı dövlətdir ki,hər tərəf-dən öz keçmiş əraziləri ilə həmsərhəddir.?"
Əli duruxdu. Mən özüm öz sualımı cavablandırdım:
-- Bu bizim Azərbaycandır..
Bəli hər tərəf-imiz bizim keçmiş torpaqlarımızdır....
...Əli gedib yellənçəyə mindi.
Mən isə Vilayət müəllimlə söhbətimə davam elədim:
--Mən həmişə düzgünlük tərəf-darı olmuşam.Tərəf-keşlik eləməmişəm.Mən tərəf-dən heç kim pislik görə bilməz.
Mübariz insanam.Nə qədər haqsızlıqlarla,ədalətsizliklərlərlə rastlaşsam da,məni " incitsələr" də,bilirəm ki,sonda haqq mənim tərəf-imdə olacaq.Hər tərəf-imizdə hər cürə insanlar var..
Görürsən ki,işçi əmək müqaviləsi olmadan işləyir.Əslində tərəf-lər arasında ,işəgötürənlə işçi arasında belə bir sənəd imzalanmalıdır. O zaman vergidən yayınma da olmaz.Dünyanın hər tərəf-ində olmasa da," paket sistemi"mövcud olan dövlətlər də var..
İnsanın tərəf müqabili,ünsiyyət qurduğu adam ağıllı insan olanda,danışmaq da xoş olur..
Hər bir insanın Ay kimi qaranlıq,görünməyən tərəf-i var.Təbii ki,bu həqiqətdir...
...Nəyisə bilmədiyim anlarda susuram,bi-tərəf də qalıram,amma öyrənməyə çalışıram...
Mən yaxşı insanların acıyam....
Beləcə ,istirahət mərkəzində hər tərəf-in gözəlliyindən zövq alaraq,Vilayət müəllim kimi bir gözəl insanla,onun ağıllı oğlu ilə tanışlığımız çox xoş oldu..
....İstirahət günlərimin necə gəlib keçdiyini hiss etmədim.
Təbiətdə hər tərəf-in gözəlliyinə ,gözəl insanlar əlavə olunanda,adamda yaşamaq,yaratmaq həvəsi daha da coşur, ilhama gəlirsən...