Fərhad Tapdıqoğlu - "Alə,bu nədir Əkrəm arvadları soruşur ki?!"
Məzəli əhvalatlar -11
Dodaqqaçdı
Əkrəm orta məktəbi bitirəndən sonra Sumqayıta böyük qardaşı Mehman gilə gəldi.
Sənədlərini ali məktəblərin birinə verdi.Qəbul imtahanlarından yüksək qiymətlər alaraq tələbə adını qazandı.
Tələbə ikən qardaşı gildə qalaraq Bakıya ali təhsil ocağına gedib gəlirdi Əkrəm.
Qardaşının iki oğlu vardı.Böyüyünün əlindən tutub birinci sinfə apardı.5 yaşı olan kiçik oğlu Mərdanı isə vaxtı olanda uşaq bsğçasına aparar gətirərdi.
Bir sözlə qardaşı uşaqları gözləri önündə böyüdülər.
Əkrəm ali məktəbi bitirəndən sonra zavodların birində işləyərək ,müəssisənin yataqxanasında bir otaq aldı.
Ailə qurdu Əkrəm...
Mərdan da,qardaşı da böyüdülər,ailə uşaq sahibi oldular ...
Təbii ki,gediş -gəliş də oldu ailələr arasında.
Bir müddətdən sonra Əkrəm işi ilə əlaqədar Bakıya köçüb yaşamağa başladı...
Qardaşı gilə ,qardaşı uşaqları gilə gediş-gəliş azaldı bir az...
...Bir gün Bakıda qardaşı oğlu Mərdanla görüşən Əkrəm hal-əhval tutdu:
-- Mərdan ,atan necədir? Maman necədir? Xavər ( Mərdanın yoldaşı,doğma bibisi qızı ) necədir?Uşaqların neyniyir?- soruşdu.
Mərdan başını könülsüz silkələdi.Əkrəm bir şey anlamasa da ,susdu,dinmədi...
Mərdan evə qayıdandan sonra əsəbi halda atasına dedi:
--- Mən Əkrəmi gördüm ( əmisini adı ilə çağırırdı) .
Bu nədir alə,Əkrəm arvadları soruşur,mamanı,Xavəri soruşur.Mən onu acılamadım.Qardaşına de ki ,ağıllı olsun.
Arvadların adını bir də çəkməsin.
Mehman gülümsəyə-gülümsəyə:
--A bala mənim qardaşım Əkrəm ,qardaşı arvadını, bacısı qızını soruşub də.Burda qəbahət nə var ki?- dedi.
Mərdan:
--Bizim "kruqumuz" da arvad soruşanın dilini kəsirlər ,bildin? -deyə atasına səsini qaldırdı...
Mehman kişi oğlunu çətinliklə başa saldı.
...Mərdan "dostluq " elədikləri ,özü demiş "kruq"undan yavaş -yavaş uzaqlaşmağa başladı...
...Artıq illər arxada qalıb...
Mərdan da baba olacaq yaxınlarda.
Əkrəm hərdən ikilikdə Mərdana sataşır:
"Alə,Əkrəm arvadları soruşur ki?!"
Əkrəm də,Mərdan da gülürlər...