Ağaevli Əli Hacı - Tənhalığın qapısı yox...

Ədəbiyyat 09:00 / 20.10.2026 Baxış sayı: 728

Tənhalığın qapısı yox,

Yayı,qışı pəncərəsiz !

Oynamağa havası yox,

Bədən yorğun,ruh həvəssiz !

 

Pozub alın yazısını,

Taleh yazmaq öz əlində !

Oxucusu yoxdur onun,

Kitabları köz dilində !

 

Hara baxsan ayrılıqdır,

Güldən alaq,sudan quru !

Tənhalığın göz yaşları,

Oddan isti,sudan duru !