Uğurlar Aynur İsmayıl.

MƏDƏNİYYƏT 20:24 / 19.10.2026 Baxış sayı: 816

Yenises.az  bildirir  ki,  bu  gün  AYB Lənkəran Bölməsində   maraqlı  bir   görüş  keçirilib. Bununla  bağlı   redaksiyamıza  bilgi  verən AYB Lənkəran Bölməsinin  rəhbəri  tanınmış  yazıçımız   Qafar  Cəfərli  vurğulayıb  ki,   bu  gün   bizim  bölməni   əsas  vəzifələrindən  biri   də  bölgədə yaşayan hər bir gənc yazara dəstək olmaqdı..Elə  bu  gün  keçirilən  görüşdə  həmin  məqsədimizin   real  nümunələrindən  biridir.

Bölmə  rəhbəri  daha  sonra  qeyd  edib  ki, sizə  təqdim  etdiyim  şəkildə mənimlə yanaşı duran gözəl qızımız Aynur İsmayıldır.

Aynur ćox istedadlı gəncdir. Universitetin son kurs tələbəsidir. Yaşı az olsa da artıq Türkiyədə iri həcmli bir romanı işıq üzü görüb.

Bölməyə bu günkü gəlişinə özü qədər mən də sevindim. Səbəb Aynurun görüşə yenicə çap olunmuş "Təsadüfmü,zərurətmi" adlı növbəti romanın yer aldığı kitabı ilə gəlməsi idi. Nəfis şəkildə çap olunmuş bu kitabı Aynurun növbəti uğuru kimi qəbul etdim. İnşallah,yaxın günlərdə kitabın təqdimatını keçirtməyi qərara aldıq.

Aynur xanım yeni kitabını Bölməmizin kitabxanasına ,mən də bir kitabımı ona hədiyyə etdim.

Aynurun atası peşəkar hərbiçı İsmayılov Nurəlinin qızına,onun istedadının üzə çıxması üçün göstərdiyi diqqət və qayğı məni heyran etdi və buna görə Nurəli müəllimə şəxsən təşəkkür edirəm.

Dostlar! AYNUR İSMAYIL imzasını yadda saxlayın. Bu gözəl -göyçək,

səmimi,ağıllı,mədəni,həm də ciddi,ən əsası isə çox istedadlı qızımızın ədəbiyyatımızda məxsusi yer tutacağına, ədəbi hadisə ola biləcək əsərlər yazacağına əminəm.

Uğurlar Aynur İsmayıl.