"Ermənistan sülh gündəmini qəbul edib" - Simonyan
![](/uploads/img/posts/2024/05/13/26jpg-1715608824jpg-1715612797.jpg)
"Ermənistan sülh gündəmini qəbul edib və ona sadiqdir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
"Ümid edirəm ki, ATƏT-ə sədrlik çərçivəsində siz Cənubi Qafqaz regionunu diqqət mərkəzində saxlayacaq və lazımi vasitələrdən istifadə etməklə Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması prosesini təşviq edəcəksiniz", - deyə parlamentin sədri bildirib.