Ərdoğanın vəzifəsini bu şəxs icra edəcək

DÜNYA 10:26 / 21.09.2024 Baxış sayı: 1819

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.

Yenises.az Türkiyə  mətbuatına   istinadən xəbər verir ki, buna səbəb Ərdoğanın sentyabrın 21-dən 26-dək davam edəcək ABŞ-yə səfəri ilə bağlıdır. 

Məlumata görə, bununla əlaqədar Türkiyə Konstitusiyasının  106-cı maddəsinə  uyğun olaraq prezidentin vəzifələrini vitse-prezident icra edəcək.