Ərdoğan seçkilərin vaxtını açıqladı

DÜNYA 21:44 / 22.01.2023 Baxış sayı: 1759

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikada prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini bildirib.

Yenises.az  xəbər verir ki, Ərdoğan bunu Bursa gəncləri ilə görüşündə deyib: “İlk dəfə seçkilərdə iştirak edəcək gənclərimizin nümayəndələrini mayın 14-də keçiriləcək səsvermə zamanı düzgün seçim etməyə çağırıram”.  

Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu.