Elnur Uğur Abdiyev : - ADƏM

Ədəbiyyat 20:24 / 02.12.2023 Baxış sayı: 1672

 

Yenə də eşqdən sərxoşsan,

Daha içmə, a dəm, Adəm!

Sevmək üçün qovulmuşsan,

Cənətindən Adəm- Adəm.

 

Həsrət soyundum, eşq geyim.

Eşqsiz canımda yox heyim.

Tanrı meyimdir eşq meyim,

Son vədəmdi, o son badəm.

 

Hər gün qaçmaq var özündən,

Hər gün düşmək var gözündən.

Yarandım bir ol sözündən,

Vuruldum dolmamış vədəm.