Elman Eldaroğlu : - Yubileyi yaddan çıxan Xalq artisti…

MƏDƏNİYYƏT 08:18 / 21.03.2024 Baxış sayı: 3577

 

Hüseynağa Sadıqov- 110

Biri var idi, biri yox idi. Min doqquz yüz çoxdanıncı illərdə bizim Xoruz baba kimi tanıyıb sevdiyimiz bir aktyor var idi. Demək olar ki, bu məmləkətdə onu tanımayan uşaq yox idi. Elə ki, "sehirli qutu"da görünürdü, bütün uşaqların diqqəti ona yönəlirdi:

"Ququlu Qu, mənəm Xoruz baba, ay mənim gözəl nəvələrim, yaxın oturun, sizə deyiləsi sözlərim var."- söyləyib söhbətə başlayardı...

İndi o vaxtdan xeyli zaman keçib. Düz qırx bir ildir ki, Xoruz baba bu dünyadan acıq edərək, o dünyaya köçüb. Onu görməyə gedənlərin də heç biri geri qayıtmayıb...

Hə, Xoruz babamız çox yaxşı baba idi. Uşaq vaxtı bizə nağıl danışmaqdan yorulmazdı. Hər ilin mart ayının 21-ni də özünə ad günü keçirərdi. Şəninə o qədər xoş sözlər deyilər, badələr qaldırılardı ki, sayını desəm, qorxuram səhv danışaram...

Yaşasaydı, martın 21-də 110 yaşı tamam olacaqdı. İndi o dünyada oturub, bu dünyadan gələnləri gözləyir ki, soruşub öyrənsin, mədəniyyət nazirliyi sabah onun 110 illiyini qeyd edəcək, ya yox?..

Eh, Hüseynağa Sadıqov, günah özündədir, gərək acıq edib o dünyaya köçməyə tələsməyəydin, burada yaşayıb mədəniyyət nazirinin gözlərinə görünəydin ki, bəlkə də üzə düşüb yubileyini keçirərdi…

Ruhun şad olsun!

Elman Eldaroğlu

Bir 1 nəfər rəngsiz şəkli ola bilər