Ehtiram İlham - HEÇ...

Ədəbiyyat 09:35 / 19.06.2026 Baxış sayı: 590

 

Arsız-arsız belə ki, çox yaşadı,

Bəxtəvər başına qoy olmasın heç.

Qoy heç bilməsin ki, pərvanəsidi,

Qara sevdasına qalanmasın heç.

 

Yolları yoluna calanmasın da,

Nə qaşı-qabağı sallanmasın da.

O gözəl başına dolanmasın da,

Dərdindən soluxub saralmasın heç.

 

Bir yol görməsə də çiçəkli yazı,

Nə avazı sussun, nə qara sazı.

Nə qanı, nə ruhu, nə də dünyası

Heç kəsin yanında qaralmasın heç.

 

Bircə sufatından itməsin həya,

Öləcək, adamtək yaşadı guya...

Onsuz dərd çəkməyə gəlib dünyaya,

Ehtiram var olmur, var olmasın heç.

18.07.26.