Aləmzər Sadıqqızı - Tanrım , dözmürəm daha
Ədəbiyyat
21:37 / 18.06.2026
Baxış sayı: 1230
Tanrım , dözmürəm daha bu qədər ağrılara,
Ürəyim də qışqırır " zor ilə dayanmışam"!
Cavab verə bilmirəm daha suallarına,
Ürəyimin səsini sonunacan almışam...
Bir əlimdə ölüm var, bir əlimdə arzular,
Yazılmamış içimdə hələ xeyli nağillar...
Tanrım, bir sən bilirsən, bir də şahid axşamlar,
Mənim yaşam səbəbim çiynimdəki qayğılar!
18.6.2026.