Əbülfət Mədətoğlu  - ANLAŞILMAZLIQ

Ədəbiyyat 09:45 / 19.06.2026 Baxış sayı: 567

 

Sabahın xeyir şeir,

Sabahın xeyir qələm !

Bu yağışlı gecədə

Olmuşam bələm - bələm -

Fikirlərə...

 

Ulduz kölgə salmayıb

Ay xəyala dalmayıb...

Tay ümidim qalmayıb,

Bu yağışlı gecədə -

Zikirlərə...

 

Təklikdən sıxıldığım

Sirr deyil yıxıldığım...

Öpərək sığındığım ,

Bu yağışlı gecədə -

Şəkillərə...

 

Axşamın xeyir qələm

Axşamın xeyir şeir....

Bu açılan sabaha

Hər kəs istəyin deyir -

Bənd olma vəkillərə.