Əbülfət Mədətoğlu : - Bu gecəki nağılı...
Yenə qəlbə gecənin
Pıçıltısın köçürtdüm...
Ürəyindən keçəni-
Köynəyimdən keçirtdim...
Ulduzların çələngin
Üzük etdim ruhuma...
Görüşməyə gələydin -
Kaş bu gecə yuxuma...
Ayın üzündəki xal
Qoynundakın andırdı...
Öpüşümdən olub lal -
Dodağımı yandırdı!..
Bu gecəki nağılı
"Biri var"-dı bitirdim...
Ürəyi, həm ağılı -
"Biri yoxdu" - itirdim...