Əbülfət Mədətoğlu : - Axtarır

Gündəm 12:43 / 25.01.2023 Baxış sayı: 3351

 

 

Mənim adıma söz çıxart,

De, gəzir, özün axtarır...

Bu odu da yola çıx , at -

Görsünlər közün axtarır...

 

Mənim adımı tez-tez çək,

Bu addan da düzəlt bir lək...

Ortasında şəklimi çək -

Yaz "Yarın , izin axtarır!"

 

Mənim adımı duza qoy

Ya da dolabda buza qoy...

Pıçılda həmin qıza, qoy -

Bilsin , yar çözüm axtarır!

 

Əyilmiş qəddim dikəlir,

Qəmin üzünə tük gəlir!..

Anbaan səbri tükənir -

Əbülfət dözüm axtarır...