Ayaz Arabaçı : - Getmək lazımdır..

Getmək lazımdır,
amma bilmirəm haraya,
Əslində
dəqiq xatırlaya bilmədiyim
bir ünvan var,
nə vaxtsa olduğum..
Bir az dəniz ətirli,
bir az dağ havalı.
Getmək lazımdır, hər il daha çox
Peşimançılıq hissi yaşamamaq üçün.
Getmək istədiyim yer
indi abunə olduğum
ünvanların heç biri deyil.
Bəlkə də çox gecdir amma yenə də olsun.
Getmək lazımdır hamıdan xəbərsiz,
Qatarların qulağına pıçıldayıb..
Bezdim
arzularımı əlimdə tutmaqdan, dişimdə daşımaqdan..
Bezdim xala-xətir yaşamaqdan.
Getmək lazımdır..