Aləmzər Sadıqqızı - Saçlarının qara vaxtı...

Ədəbiyyat 08:10 / 31.05.2026 Baxış sayı: 484

Saçlarının qara vaxtı...

Zaman bahar idi, ömür də bahar,

Elimin gülən vaxtıydı...

Ağaclar gülürdü, torpaq gülürdü...

Bəlkə də dünyanın üzü gülürdü...

Novruzun gələn vaxtıydı...

Atamı itirdim...

 

ömrünün qora vaxtı...

Çərşənbə günüydü...

Novruz günüydü...

Yumuta boyanır, aş dəmlənirdi...

Buludlar boşalır, sular coşurdu...

Qızılgül təzəcə düymələyirdi...

Atamı itirdim...

 

Arpaçayın Sara vaxtı...

Anam gün görməyən uşaq...

İsinirdi istimizə...

Sevgi iyinə gəlmişdi,

Hey yanırdı tüstümüzə...

Atamızı itirdik biz ...

 

Anamın yara vaxtı...

Günəşin batan çağında,

Baxtımın yatan vaxtında,

On yaşın bitən vaxtında...

Atamı itirdim...

Saçının qara vaxtı...

21.4.2018.