Rafail Tağızadə - HANI
Ədəbiyyat
10:44 / 30.05.2026
Baxış sayı: 448
Gələn dəlisin gəzir,
bəs mənim dəlim hanı?
Hamının əli göydə.
Bəs mənim əlim hanı?
Yaman kövrək olmuşam,
bəs mənim ölüm hanı?
Göz yaşlarım dayanmır.
Bəs mənim gölüm hanı?
Düzülüb qoşa güllər,
bəs mənim gülüm hanı?
İçimdə odlanıram.
Bəs mənim külüm hanı?
Nə dəlim üzə çıxdı,
nə ölüm düzə çıxdı,
nə külüm dizə çıxdı.
Bəs mənim dilim hanı?
Rəfail Tağızadə