Ələddin   Əzimli - SÜSTLUK

Ədəbiyyat 15:25 / 30.05.2026 Baxış sayı: 400

 

" Sözlərdəki sən "dən

Bir qayıq,

bir dəniz,

bir də səninlə mən.

Bilmirəm, səfərə çıxırıq,

yoxsa

qayıdırıq artıqlq səfərdən.

Elə bil

yarlyuxuluyam,

bir az da yorğun.

Dəniz də sakitdir,

süstdür nə isə.

Bizsə oturmuşuq

dinməz-söyləməz,

sükut icində.

Yüngül meh də əsmir

yelkən açıla

qayıq tərpənə.

Hətta, səmada

bir qağayı belə dəyməyir gözə.

Nə olub,

görəsən bu coşqun dənizə,

qabarmaq bilməyən yelkənə,

sevgi, istək dolu ürəyimizə?

Günəş

sanki yorğun, arğın

sərilib suyun üzünə.

Bizsə

çiyin-çiyinə qısılmışıq

yelkənin yarımçıq kölgəsinə.