Adil Şirin  -Küçə fənərlərinin...

Ədəbiyyat 12:22 / 30.05.2026 Baxış sayı: 350

*

Yağış qoxusu gəlir,

Buludlu havadan.

Bağda bir nəğmə ürküb

Uçdu isti yuvadan...

* * *

Küçə fənərlərinin

İşıqları titrəyir,

Gecənin qoynunda külək tövşüyür.

Pəncərəmə düşən işıq

Yuvasız quş kimi

Çırpınır... titrəyir... üşüyür...

* * *

Uşaqlıq xatirələri kimidir

İndi gördüyüm yaz yuxuları.

Yuxudan ayılıram,

Yastıgımda

uşaqlıgımın şirin qoxuları...