Aləmzər Sadıqqızı : - Ölsəm...həyatı örtün üstümə...

Ədəbiyyat 09:43 / 12.04.2025 Baxış sayı: 806

 

Ümidlərim xəcalət təri tökür hər gün...

Arzularım yanıq iyi verir...

Xəyallarımı çox ucaya atdım deyə...tuta bilmədim ...

Düşüb çilik-çilik oldu...

Ürəyimə öyüd verə bilmədim...

Sözümə baxmır...

Sevgilərim sabun köpüyü kimi...

Göz yaşımla yudum...

Uşaqlıqda qurduğum evciklərim indiki evimdən gözəldi deyə...

Ayrıla bilmirəm uşaqlığımdan...

Hamı deyir gözlərin gözəldi...

Güzgüyə baxıram doğrumu görən?

Göz yaşım kəsib yolu...

Mənə gözəlsən deyəndə...

Əllərimi gizləyirəm...

Ömrümün rəsmi çəkilib əllərimə...

"Necəsən?"- sulına cavabım susmaqdır...

Çox küsdüyüm biri var...

Dünən gördüyünü unudan...

On yaşında məni atıb gedəni dünən kimi xatırlayan...

Ayaqlarım can verən yiyəsiz xəstə kimidi...

Qucağım üşüyür xoşbəxt günlərə...

Saçlarımı darayan küləyə minnətdaram...

Dodaqlarımda gizlənən misralar var...

Ağzımı açmağa qorxuram...

Məni ələ verərlər...

Məni sevənlər öldülər...

Mən sevdim... amma ölmədim.

Buna layiq biri olmadı...

Ömür bitdi... Arzular bitmədi...

Bir ümid can verir qollarımda...

Hələ də bir xoşbəxt ömür gözləyir yollarımda...

Bu da belə ömürdü...

Ölsəm həyatı örtün üstümə...

Heç vaxt görmədiyim...