Fərhad Tapdıqoğlu - Gündüz... düz...dümdüz

YAZARLAR 08:26 / 18.04.2025 Baxış sayı: 1101

 

Kitab mağazasından çıxıb,düz evlərinə gəldi Gündüz...Ümumi dəftər almışdı xəttləri düz...Küçələrini yenicə təmir etmişdilər,yolları olmuşdu dümdüz...

Atası ona dedi:

--Əllərini yu tərtəmiz...sonra gəl dərslərini oxu Gündüz...

Çıxar kitab- dəftərlərini yazı masasının üstünə düz di!...

Çantasını boşaldıb,düzdü ...Dərslərini oxudu,ev tapşırıqlarını həll etdi Gündüz...

Atasına dedi:

--Ata, riyaziyyatdan məsələ- misalları həll eləmişəm,yoxla gör, düzdü?

Atası yoxladı və dedi:

---Düzdü,düppədüzdü...

Gündüz sabah məktəbə götürəcəyi kitab - dəftərləri çantasına yığdı,qalanlarını kitab dolabına düzdü...

Anası divanda oturub ,muncuqları sapa düzürdü... Düzüb qurtarandan sonra dedi:

--Muncuqları say Gündüz,gör düzdü??

Saydı Gündüz.Dedi:

--Ana ,dümbələmdüzdü...

Gündüzün babası təzə kostyumunu əyninə geydi,orden- medallarını kostyumunun döşünə sancdı, düzdü...

Gündüz baba və atası ilə getdi şəhərə "Ana harayı" abidəsinin önünə qərənfillər,qızılgüllər düzdü...

...Sonra biz az bulvarda gəzib evə qayıtdı baba,ata və Gündüz...

Ata Feyzbuk səhifəsinə daxil olub,dostların yazdıqlarına göz gəzdirdi..Fb dostunun yazdığı aforizmləri oxudu:

" Düz yol su saxlamaz, təmiz ürəyi olan kin.."

"Əyri baxan düz görə bilməz."

Ata oxudu,bəyəndi,ürəyində düşündü:

"Vallah düzdü,düppədüz,dümbələmdüz"...

Ata yenə fikrə getdi:

"Amma həmişə düzdə qalıb düz...Əyri düzləri əyib,amma özü olub düz.

Eybi yox ,qoy Gündüz olsun həmişə düz...dümdüz...

Heç kimin qarşısında əyilməsin ,dayansın dik,dümdüz...

Gecə- gündüz çalış,oxu Gündüz!

Yediyi olsa da duz-çörək...təki halal olsun...insana nuş olur özünün qazandığı ...düz çörək ..."

...Bu yazdıqlarım elə olduğu kimidir... düzdür... dümdüzdür... düppələmdüzdür...

Elə deyilmi,dostlar?