Ağdərəlilər qədər mən də sevinirəm - Aqil Abbas

HÜQUQ 13:21 / 05.12.2023 Baxış sayı: 1814

“92-ci ildə mən Ağdərə azad olunanda orda olmuşam. Düzdür, əlimə avtomat alıb döyüşməmişəm, amma orada olmuşam".

Yenises.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bugünkü iclasında deyib.

"Ağdərəni səriştəsizlikdənmi ləğv etdilər, yaxud nədən, onu bilmirəm. O vaxt çoxlu ağdamlı müraciət etmişdi ki, pasportunda Ağdərə yazsın. Düzdür, ağdamlı olmaq şərəfdir, hər kəs istər ki, öz yeri olsun. Yəni o vaxt Ağdərə əhalisinin çoxu azərbaycanlı idi" deyən A.Abbas bu gün ən çox sevinənlərdən olduğunu bildirib. Bunu isə babalarının qəbrinin Ağdərədə olmasıyla əlaqələndirib.

Deputat bildirib ki, ağdərəlilərin başı çox çəkib: "O vaxt Ağdərənin 11 kəndi bizdə idi. Mən də deyirdim, Xocalının bir kəndi də bizdə deyil, amma rayonu var, Ağdərənin isə yoxdur. Mən ağdərəlilərin adından sevinirəm ki, öz rayonlarını idarə edəcək, əkəcək, becərəcəklər”.