Adilə Nəzər -Göndər gəlsin, nə dərdin var, İlahi...

Ədəbiyyat 09:22 / 10.10.2026 Baxış sayı: 585

***

Göndər gəlsin, nə dərdin var, İlahi,

Duz yükünü çəkə bilən adama...

Neyləyəcək gözlərdəki soyuqluq,

Buz yükünü çəkə bilən adama.

 

Asılmaq var bir ömürün dorundan,

Tutunmaq var bir ocağın qorundan,

Qorxu yoxdu bu həyatın zorundan,

Öz yükünü çəkə bilən adama...

 

Zalımlığı, fağırlığı nə imiş,

Bəxtin belə sağırlığı nə imiş.

Əlli yaşın ağırlığı nə imiş,

Söz yükünü çəkə bilən adama...