Kəmaləddin Qədim - UZAĞI SEÇMƏK OLMUR

Ədəbiyyat 12:32 / 09.10.2026 Baxış sayı: 697

 

Asanca gəlsək belə,

Dünyadı, köçmək olmur.

...bir ayıb minməkdisə,

bir ayıb düşmək, olmur...

Var açarı, kilidi,

Dirisənsə, diridi.

Dərdi bala kimidi,

çəkilir, keçmək olmur...

Öyüb vaxtı deyirlər,

Tacı, taxtı deyirlər.

Bax, bu haqdı deyirlər

yanımda çeşmək olmur...

Yaman bahadı kirəm,

Sözlərdən ev tikirəm.

Mən elə gecikirəm,

mənə görüşmək olmur...

Hələ həmin baxtdayam,

Fanidə, nahaqdayam.

Gözlərdən uzaqdayam;

uzağı seçmək olmur...