Vasif  Süleyman -  BİRCƏ GÖZƏLİ VAR VUR-TUT DÜNYANIN

Ədəbiyyat 12:53 / 09.10.2026 Baxış sayı: 573

 

Nə dərd çək, nə həsrət, nə də ki ağla,

Neçə ki, səninəm unut dünyanı.

Sən gəl, ürəyini buz kimi saxla,

Bircə gözəli var vur-tut dünyanın.

 

Elə ki, üzünə yolları bağlı,

Dərdi sevincindən əzəl görünür.

Qəribə şey imiş insanın ağlı,

Sevdiyi hamıdan gözəl görünür.

 

Alnımı yandırar qəlbimin təri,

Gözümün yaşını əyləyə billəm.

Ürəyim göynəyir səndən ötəri,

Məndən uzaqdasan neyləyə billəm...

Canım, sevgi hara, unutmaq hara,

Həsrəti gözümə sıxıram indii.

Məni qısqandığın gözəl qızlara,

Çiynimin üstündən baxıram indi.

Nə dərd çək, nə həsrət, nə də ki ağla,

Neçə ki, səninəm unut dünyanı.

Sən gəl, ürəyini buz kimi saxla,

Bircə gözəli var vur-tut dünyanın